“Sumqayıt” Futbol Klubunun rəsmi fan klubu

Sumqayıt şəhərinin futbol komandasının Azərbaycan Premyer Liqasında çıxış etməsi gənclik şəhərinin futbolsevərlərini bir araya gətirdi və yeni yaranan komandaya dəstək olmaq üçün fan klub yaradıldı. Uzun fasilədən sonra Sumqayıt şəhərinin futbol komandasının Azərbaycan Pemyer Liqasında çıxış etməsi gənclik şəhərinin futbolsevərlərini bir araya gətirdi və yeni yaranan komandaya dəstək olmaq üçün fan klub yaradıldı. Azərbaycan Premyer Liqası 2011/2012-ci il mövsümünün ilk turundan etibarən özlərini yaxşı mənada göstərə bilən azarkeş qrupumuz, bütün oyunlarda komandamıza möhtəşəm dəstək verirlər. Stadionlarda “İstər məğlubiyyət, istərsə zəfər, Daim yanındayıq “Sumqayıt Şəhər” banneri açaraq hər oyun komandanın yanında olduqlarını bildirir, 90 dəqiqə stadionda susmaq bilməyən fan klub üzvləri müxtəlif təzahüratlarla futbolçuları daha da ruhlandırırlar. Sözün əsl mənasında komandanın “12-ci oyunçu”su funksiyasını yerinə yetirməyi bacarırlar. Klub tərəfindən onlara paylanılan bayraqlar, baraban və digər atrubutları əmanət olaraq saxlayır, hər oyun azarkeşlər üçün ayrılan sektorda müxtəlif mahnılarla oyunlara əlavə rəng qatırlar. Artıq fan klubumuzun sıralarına hər həftə yeni üzvlər qoşulur, klub tərəfindən təyin olunan üzvlük qaydaları ilə tanış olandan sonra üzvlük blankı doldurulur və rəsmi qeydiyyata alınırlar. Beləliklə, “Sumqayıt” Futbol Klubunun rəsmi azarkeş siyahısına düşmək üçün hər bir azarkeş klubun elektron bazasına düşür. Bu isə rəsmi azarkeşlərə komandamız haqqında (rəsmi və yoldaşlıq görüşləri, səfərlər, yeni atributlar, yeniliklər və digər məlumatlar) yeni və maraqlı müsahibələrdən hamıdan tez və daha ətraflı məlumatlar əldə etmək imkanı verəcək. Eyni zamanda rəsmi azarkeşlər klubumuzun bir sıra layihə və tədbirlərində və klubun ictimai həyatında fəal iştirak edə biləcəklər.