Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi.

M. Hüseynzadə adına stadionda ilk oyun SSRİ çempionatının “B qrupu”nda çıxış edən Sumqayıtın “Polad” komandası ilə Belaya Kolitva  şəhərinin eyni adlı kollektivi üz-üzə gəlib. Həmin görüş “Gənclər şəhəri” təmsilçisinin 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Həmin qarşılaşmada yeganə qolun müəllifi Telman Salahov olub.

Stadionun proyektini “Az Dövlət Proyekt” şirkəti verib. O.M. İsayev və Y.P. Tolstonoqov arenanın arxitektorları olub. M. Hüseynzadə adına Sumqayıt şəhər stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında olub. Arenadan  “Polad”, “Vosxod”, “Xəzər”, “Kimyaçı”, “Sumqayıt”, “Gənclərbirliyi”, “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” (Lənkəran) və “Standard” komandaları ev oyunları kimi istifadə ediblər.

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırlıb. Son olaraq isə 2011-ci ildə meydançada kosmetik təmir işləri aparılıb. Paltardəyişmə və hakimlərin otaqları əsaslı təmir olunub.  

M. Hüseynzadə adına Sumqayıt şəhər stadionunun vizit vərəqəsi:
Ünvan: S. Vurğun küçəsi 85.
Telefon: 655-48-28; 655-05-25
Faks: +(99418) 655-48-28

Stadinonun ümumi ərazisi: 8,6 hektardır.
Arena tikildiyi və istifadəyə verildiyi gündən Sovet İttifaqı qəhrəmanı Mehdi Hüseynzadənin adını daşıyır.

M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun direktor vəzifəsində çalışanlar:

1. Danial Yagizarov
2. Əlipaşa Kərimov
3. Məmməd Nəsrullayev
4. Nadir Məmmədov
5. Barat Rəhimov
6. Abdul Məmmədov
7. Rizvan Rəsulov

M.Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçirilmiş Beynəlxalq Yarışlar

                                                X R O N O L O G İ Y A


* 1966-1991-ci illər Futbol üzrə Bakının “Neftçi” komandasının SSRİ çempionatları və SSRİ Kuboku oyunları
* 1982/85-ci illərdə Azərbaycan yığmasının iştirakı ilə Beynəlxalq yoldaşlıq görüşləri
- Azərbaycan – İran
- Azərbaycan – İraq
- Azərbaycan – Macarıstan

* 1985-ci il Futbol üzrə Gənclər arasında Dünya Çempionatının seçmə qrup oyunu
- Çin – Paraqvay

* 1987-ci il Futbol üzrə gənclərdən ibarət Beynəlxalq yoldaşlıq görüşü
- SSRİ – Bolqarıstan

* 1994-cü il UEFA Kuboku “Turan” – “Fənərbağça”
* 1995-ci il Kuboklar Kuboku “Neftçi” – APOEL

AVROPA ÇEMPİONATI – 2000
(U-21)

* 1998-ci il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Macarıstan
* 1999-cu il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Rumıniya
* 1999-cu il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Portuqaliya
* 1999-cu il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Slovakiya

DÜNYA ÇEMPİONATI – 2002
(U-21)

* 2000-ci il Dünya çempionatı (seçmə qrup oyunu) Azərbaycan – İsveç
* 2000-ci il Dünya çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Türkiyə
* 2000-ci il Dünya çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Moldova
* 2000-ci il Dünya çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Slovakiya

AVROPA ÇEMPİONATI – 2004
(U-21)

* 2002-ci il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Serbiya və Çernoqoriya
* 2002-ci il Avropa çempionatı (seçmə qrup oyunu) Azərbaycan – Finlandiya
* 2002-ci il Həvəskarlar arasında UEFA-nın 3-cü Regional Kuboku oyunları
* 2002-ci il U-17 Avropa çempionatı (seçmə qrup oyunları)


M.Hüseynzadə adına Sumqayıt şəhər stadionunun İnzibati binasının foto şəkilləri: